Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Miçiqan ştatının Detroyt və ətrafındakı şəhərlərdə azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın Amerikadakı səfirliyi tviterdə məlumat yayıb.
“Səfir Xəzər İbrahim Detroyt və ətraf şəhərlərdə yaşayan azərbaycanlı icması ilə görüşüb. Səxavətli qonaqpərvərliyinə görə doktor Şapur Ənsariyə təşəkkürlər”, - səfirliyin tvitində bildirilib.
Anar Əliyev