İyulun 29-də saat 23 radələrində Suraxanı rayonu Yeni Ramana qəsəbəsində evlərin birində 1997-ci il təvəllüdlü Qənbərov Bəkir Qanbay oğulunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, 1997-ci il təvəllüdlü Quluzadə İmamverdi və 1987-ci il təvəllüdlü Əhmədov Şahininin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Newscenter-az-a bildirilib ki, , cinayət hadisəsi həmin şəxslər arasında şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Mehman Mehdiyev