Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan-Putin görüşündə "Taxıl dəhlizi" məsələsində müsbət nəticə almaq ehtimalı böyükdür -ÖZƏL

Ərdoğan-Putin görüşündə "Taxıl dəhlizi" məsələsində müsbət nəticə almaq ehtimalı böyükdür


"Qlobal maraqların fonunda ölkələrin öz maraqlarını qorumaq cəhdini nəzərə alsaq, Türkiyə və Rusiyanın ortaq maraqları onları aralarındakı ziddiyyətləri unutmağa və əməkdaşlıq etməyə vadar edir. Ziddiyətli məqamlar ölkələrin fəaliyyətində narazılıqlar yaratsa da, ölkə rəhbərləri daha böyük təhlükələr qarşısında xırda narazılıqları həmişə arxa plana ata biliblər. Putin-Ərdoğan görüşünün elan edilən məsələlər fonunda səmərəli olacağı qismən mümkün olsa da, hesab etmək olar ki, liderlərin şəxsi münasibətləri prinsipial məsələlərə də öz təsirini göstərəcək. Ukrayna müharibəsi məsələsinin iki liderin müzakirə predmeti olacağı qeyd edilsə də, bunun müzakirədən o tərəfə keçməyəcəyi qənaətindəyəm".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov bu ay nəzərdə tutulan Ərdoğan-Putin görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, görüşdə "Taxıl dəhlizi" məsələsində müsbət nəticə almaq ehtimalı böyükdür:

"Suriya və Liviya məsələlərində də yeni bir durum yoxdur. Tərəflər bir-birilərinə qarşı ata biləcəyi addımları atıblar, bundan sonrası iki tərəf üçün də strateji qırılma vəd edir. Bu, eyni ilə Qarabağ məsələsində də özünü göstərir. Rusiya və Türkiyə edə biləcəklərini ediblər. Son addım qarşıdurma deməkdir. Ona görə də son addımı atmaq Azərbaycanın öhdəsinə düşür. Azərbaycanın strateji qərar vermə qabiliyyəti Türkiyə və Rusiyanın atacağı son addımları müəyyən edəcək. Azərbaycan ya hər iki ölkəni bir-biri ilə daha da yaxınlaşdıracaq, ya da tərəflər öz geosiyasi durumlarının gərəyi addımlar atmağa məcbur olacaqlar. Hesab edirəm ki, Rusiyanın bundan əldə edəcəkləri itirəcəkləri ilə müqayisədə cüzi olacaq. Odur ki, Rusiya Türkiyə kimi ölkə ilə əldə etmiş yaxınlaşmanı soyuq müharibə halına keçirməyəcək, əməkdaşlığın ən azı bu səviyyədə saxlanması yolu ilə gedəcək".

Anar Əliyev
Xəbəri paylaş