Birləşmiş Ştatlarda Alyaska Hava Yollarının 2059 saylı reysini idarə edən pilot uçuş zamanı təyyarəni qəzaya uğratmaqda şübhəli bilinərək həbs edilib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, "Alaska Airlines"-ın Vaşinqton ştatının Everett şəhərindən Kaliforniya ştatının San-Fransisko şəhərinə uçan təyyarəni 44 yaşlı pilot Cozef Devid Emersonun qəzaya uğratmağa cəhd etdiyi iddia olunur.
Alaska Hava Yollarının verdiyi açıqlamada pilotun təyyarənin mühərriklərini söndürməyə çalışdığı, lakin digər iki pilot tərəfindən Cozef Devid Emersonu zərərsizləşdirildiyi bildirilib.
Məlumata görə, ekipaj hadisə barədə dərhal Hava Hərəkətini İdarəetmə Bürosuna bilgi verib və pilotlardan biri Hava Hərəkətini İdarəetmə Bürosuna “Mühərrikləri söndürməyə çalışan şəxsi tutduq, o, hazırda arxadadır", deyə-məlumat verib.
Qeyd edək ki, sözügedən təyyarədə 3 pilot və 80 sərnişin olub.
Anar TAGİYEV