Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Koreya Koreya müharibəsində həlak olan 25 Çin əsgərinin qalıqlarını qaytaracaq

Cənubi Koreya Koreya müharibəsində həlak olan 25 Çin əsgərinin qalıqlarını qaytaracaq


Cənubi Koreya 1950-1953-cü illər arasında baş verən Koreya müharibəsində həlak olan 25 Çin əsgərinin qalıqlarını qaytaracağını bildirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlayıb. Müdafiə Nazirliyindən bildirilib ki, qalıqların qaytarılması üçün gələn həftə İnçon Beynəlxalq Hava Limanında mərasim keçiriləcək.

"Çin ilə dostluq və əməkdaşlıq çərçivəsində Cənubi Koreyada cəsədləri çıxarılan Çin əsgərlərinin qalıqlarını geri qaytarmağa davam edəcək",-deyə Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, Cənubi Koreya 2014-cü ildə imzalanan repatriasiya layihəsi çərçivəsində indiyədək 913 Çin əsgərinin qalıqlarını geri qaytarıb.

Anar TAGİYEV
Xəbəri paylaş