“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi.
Newscenter.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, İrəvan bütün resurslarını Dağlıq Qarabağ respublikasının yaradılmasına sərf edib, bu isə mümkün deyil.
“Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın indiki hakimiyyəti (2023-cü ilin payızında -red) Dağlıq Qarabağı ləğv edib. Amma əslində 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində bu proses qaçılmaz oldu”, - baş nazir vurğulayıb.
“Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurum olduğunu gördük. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Biz isə hakimiyyətə gələrək bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil”, - Paşinyan bildirib.
Onun fikrincə, indiki hakimiyyətin təqsiri odur ki, onlar xalqla bu barədə danışmayıblar, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib.
"Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistan Respublikasına və xalqına 30 il əvvəl həll olunmayan bir problemə sadəcə vaxt itirmək və resurs sərf etdiyimizi bildirmək demək idi", - Paşinyan vurğulayıb.
Anar TAĞIYEV