Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşlarının həyat yoldaşlarının həmrəylik dərnəyinin (DMEDD) təşkilatçılığı ilə xeyriyyə yarmarkası təşkil edilib.
Newscenter.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən bildirir ki, təhsil və səhiyyə sahəsində xeyriyyə fəaliyyətlərinə dəstək məqsədilə həyata keçirilən yarmarkaya Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklər qatılıb.
Azərbaycanın Türkiyədəki Səfirliyinin “ABAD” və “AZPROMO”nun dəstəyi ilə fəal şəkildə iştirak etdiyi yarmarkada Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatlar, yerli içkilər, həmçinin suvenirlər, kəlağayılar və digər Azərbaycan məhsulları xeyriyyə aksiyasına dəstək məqsədilə satışa çıxarılıb və əldə olunan gəlir DMEDD-in hesabına köçürülüb.
Azərbaycan məhsullarının təqdim olunduğu stendlər iştirakçıların ən çox ziyarət etdiyi guşələrdən olub.
Xeyriyyə yarmarkasının təşkil olunduğu salonda, həmçinin Azərbaycanın milli rəqsləri “Sarı gəlin” və “Naz eləmə” sərgilənib.
Anar Əliyev