QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb. Newscenter.az Agentliyə istinadən bildirir ki, layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT-müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb. Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.
Bölgü bu şəkildə formalaşıb:
Kiçik qrant müsabiqəsi - 532 layihə;
Orta qrant müsabiqəsi - 147 layihə;
Böyük qrant müsabiqəsi - 75 layihə.
"Layihə təklifləri uğurla sistemə yüklənmiş QHT-lərə müsabiqələrdə uğurlar arzulayırıq!",-deyə Agentliyin məlumatında qeyd edilir.
Bildirilir ki, yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək. Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq.
Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur.
S.İsmayılbəyli