Ümumi təhsil məktəblərini tam orta (XI sinif) və ümumi orta (IX sinif) təhsil səviyyələri üzrə əvvəlki illərdə bitirə bilməyən şəxslər üçün keçirilən eksternat qaydasında aralıq imtahanları başa çatıb.
Eksternat imtahanlarında ümumi orta (IX sinif) təhsil səviyyəsi üzrə 315 nəfər, tam orta (XI sinif) təhsil səviyyəsi üzrə 908 nəfər iştirak edib.
İmtahanlarda ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyəsi üzrə eksternlər hər birindən 10 sual olmaqla 11 fənn üzrə imtahan veriblər.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
R.Mehdiyeva