Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib

Bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib


ADY bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət Ekspres sürət qatarını əlavə reysə cəlb edib. Newscenter.az xəbər verir ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya;

Yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

R.Mehdiyeva
Xəbəri paylaş