2028-ci ilə qədər Qazaxıstanın paytaxtı Astanada 80-dən çox məktəb tikilib istifadəyə veriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumat paytaxt administrasiyasının rəsmi saytında əksini tapıb.
Şəhər meri Jenis Kasımbekə istinadən bildirilir ki, bu ilin üçüncü rübündən etibarən paytaxt Astanada daha üç məktəb açılacaq.
Qeyd edilib ki, cari tədris ilinin əvvəlindən isə paytaxtda 11 məktəb tikilib. Bu tədris ilinin sonuna kimi daha 4 məktəb istifadəyə veriləcək.
Jenis Kasımbek deyib ki, 2024-2025-ci illəri əhatə edəcək “Yaylı məktəbi” milli layihəsi çərçivəsində isə 90 minə yaxın şagird yerlik 24 yeni formatlı məktəb tikilib istifadəyə veriləcək.
Anar TAĞIYEV