Yaxşı görmə qabiliyyətini qorumaq üçün hər gün antioksidant vitaminlərlə zəngin tərəvəz və meyvələr yemək lazımdır.
Newscenter.az xəbər verir ki, bunu diyetoloq Anastasiya Yefimova deyib.
Onun sözlərinə görə, A, C vitaminləri və omeqa-yağ turşuları ilə zəngin qidalarla görmənin pisləşməsi, katarakta inkişafı və gözlərin yaşa bağlı pisləşməsi riskini azaltmaq olar. Üstəlik, bədənin bu elementləri əlavələr vasitəsilə deyil, qidadan alması çox vacibdir:
“A vitamini ilə zəngin qida növlərinə şalgam, ərik, qovun, manqo, bolqar bibəri, ispanaq, şirin kartof daxildir. Tərkibində lutein və zeaksantin olan qidalara da diqqət yetirməlisiniz. Onlar brokoli və digər kələm növləri, qarğıdalı, yumurta, nektarin, portağal, ispanaq, balqabaqdır”.
O, həmçinin əlavə edib ki, qida rasionuna bitki yağları və qoz-fındıq da daxil edilməli, omeqa-3 yağ turşuları almaq üçün kətan yağı və dəniz balıqlarından istifadə edilməlidir.
Sona