Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən ilin son ayında 13 862 müraciət daxil olub

Ötən ilin son ayında 13 862 müraciət daxil olub


2023-cü ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 862 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 257 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 147 müraciət daxil olub.

Newscenter.az xəbər verir ki, BŞTİ-yə 3 083 sənəd (vətəndaşlar tərəfindən 1 169 ərizə, Elm və Təhsil Nazirliyindən 316, digər qurumlardan 335, tabelikdə olan təhsil müəssisələrindən 482 məktub və 781 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 375 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, eksternat qaydasında aralıq imtahanları, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, şagird yerdəyişməsi və digər məsələləri əhatə edib.

R.Mehdiyeva
Xəbəri paylaş