Qazaxıstanda su, istilik və elektrik enerjisindən istifadəyə görə lmitlər müəyyən ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Milli İqtisadiyyat Nazirliyinin Təbii inhisarların tənzimlənməsi komitəsinin sədr müavini Nurlan Bolatbayev məlumat verib.
Onun sözlərinə görə, üç kommunal xidmət üzrə sosial istehlak standartları tətbiq olunacaq. Müəyyən edilmiş norma keçərsə, istehlakçı ödənişi yeni tariflə edəcək:
"Məsələn, su təchizatı sahəsində 3, 5 və 10 kubmetrə qədər limit müəyyən edilməsi nəzərdə tutulur. Bu həddi aşdıqda istehlakçı sudan istifadəyə görə daha yüksək qiymət ödəməli olacaq. Eyni zamanda təbii qazda da lmitlər tətbiq ediləcək"
Süleymsn