Qazaxıstanda Vətəndaşların Qəbulu Mərkəzi adlı xidmət fəaliyyətə başlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yeni yaradılan qurum vasitəsilə vətəndaşlar istədikləri vaxt dövlət qurumuna müraciət edə biləcəklər.
İlkin olaraq Astanada fəaliyyətə başlayan vətəndaşların qəbulu mərkəzi yerli icra hakimiyyəti orqanının əhali ilə iş üzrə vahid korrodinasiya xətti kimi nəzərdə tutulub.
Mərkəz əsasında ziyarətçilər rahat şəkildə dövlət qulluğunun struktur bölmələrinin nümayəndələri ilə də əlaqə qura bilələr. Habelə dövlət orqanlarının birinci rəhbərlərinin qəbuluna yazıla bilərlər.
Mehman Mehdiyev