Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alkoqolun bioloji təsirləri nələrdir?

Alkoqolun bioloji təsirləri nələrdir?


Alkoqollu içkilərə aludəçilik insanda çox ciddi fəsadlara yol açır.

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, alkoqol istifadəsi və asılılığı həm “hangover” (axşamdan qalma-paxmel) kimi qısa müddətli problemlər, həm də nizamlı ağır içmə ilə bağlı uzunmüddətli sağlamlıq problemləri yaradır. Onun sözlərinə görə, etanolun orqanizmin müxtəlif orqanları üzərindəki bioloji təsirləri çoxdur:

"Alkoqol qəbul edən insanın qanındakı etanol konsentrasiyası artdıqca qarşılaşacağı risklər də artır. Əsas təsiri sinir sisteminə yönəlib. Artan neqativ psixoloji vəziyyət, qəza, şiddət və sosial baxımdan qeyri adekvat hərəkətlərə səbəb olur".

Psixoloq deyib ki, alkoqol eyni zamanda beynin hissə və motor hissələrində bağlılığı pozur, bu da nitq pozuntusu, davranış pozuntusunu, mühakimə səhvlərinə səbəb olur.

Süleyman
Xəbəri paylaş