Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyi istiqamətində tədbirlər davam etdirilib

Respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyi istiqamətində tədbirlər davam etdirilib


Bu gün gecə və səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti strukturları gücləndirilmiş iş rejimində çalışıblar.

Newscenter.az-ın xəbərinə görə, respublikanın avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilib.

İctimaiyyəti yollardakı vəziyyət barədə məlumatlandırmaq üçün görülən işlərlə bağlı agentliyin “Facebook”, “İnstagram” və “Telegram” sosial şəbəkə hesablarında məlumatlar paylaşılır.

Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.

Süleyman
Xəbəri paylaş