Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əxlaq anlayışı

Əxlaq anlayışı


Bu paylaşımı görüb çox pis oldum, açığı xalq artisləri nə Flora Kərimovanı, nə də Niyaməddin Musayevi qınadım. Baxmayaraq ki, ölkəmizdə kifayət qədər hörmət sahibi olan bu xalq artistləri belə hərəkıtə yol verməli deyildilər.

Ancaq, məni daha çox hiddətləndirən belə epizodları tutub şəkil və ya video çəkib yayan şəxslərdir. Hələ də çoxlarının əxlaq anlayışı barədə belə heç təsəvvürü olmadığı qənaətindəyəm. Tanınmış və hörmət etdiyimiz şəxslərin belə fotolarını yayanlar anlamırlar ki, onlar cəmiyyətin oturuşmuş əxlaq norma və prinsiplərini silkələyir, tanınmış şəxslərin nümunəsində cəmiyyətin belə hərəkətlərə adi hal kimi yanaşmağını formalaşdırıb, Azərbaycan xalqının mental dəyərlərinə həmin o xalq artistlərindən də çox ağır zərbə vururlar. Bu tip xəbərlərlə reytinq, oxucu sayı dalınca qaçanlar isə o "pis" hərəkət edəndən də ablrsız, tərbiyəsiz və məsuliyyətsiz adamlardı.

Namuslu olmaq, təkcə öz namusunu qorumaqla bitmir. Cəmiyyətin, xalqın əxlaqını, namusunu qorumaq, pis nümunələrin, vərdişlərin qarşısını almaq, yayılmasını əngəlləmək əsl əxlaq, namus deməkdir.

Səmimiyyət isə hər şeyi demək, göstərmək yox, lazımsız, dəyərsiz və ən əsası zərərli olanı dilə gətirməməkdir.

Vüqar Dadaşov
Xəbəri paylaş