"Türkiyədə himayədar ailələrin sayı artır. 2002-ci ildə 515 uşağa baxan 500 himayədar ailəmiz olduğu halda, 2024-cü ildə bu rəqəm nəzərə çarpacaq dərəcədə artaraq 8164 himayədar ailəyə çatıb".
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş verib. Nazir bildirib ki, bu il himayəyə götürülən uşaqların sayı 9806 nəfər olacaq
Nazir deyib ki, 2012-ci ildən bəri birinci xanım Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “İcmaların İnkişafında Könüllü Səfirlər Layihəsi”nin himayədarlığın tanınmasında əməyi böyükdür. Özdemir Göktaş bu münasibətlə dəstəyini heç vaxt əsirgəməyən Əminə Ərdoğana minnətdarlığıını bildirib.
Nərgiz Əzizova