Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşsizlərin sayı 7 faiz azalıb

İşsizlərin sayı 7 faiz azalıb


Son illər Qırğızıstanda qeydə alınan iqtisadi artım, yeni istehsal və emal müəssisələrinin yaradılması ölkədə işsizliyin əsaslı dərəcədə azalmasına gətirib çıxarıb.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, nəticədə Qırğızıstanda işsizlik 7 faiz azalıb. Qırğızıstanın Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyindən bildirilib ki, 2023-cü ilin yekunlarına görə, məşğulluq xidmətlərində qeydiyyatda olan işsizlərin sayı 91,6 min nəfər olub.

Paralel olaraq işlə təmin edilənlərin da sayı 6 faiz artıb. Məşğulluq xidmətləri bir il ərzində 16,7 min qırğızıstana iş tapmağa köməklik edib. İl ərzində ümumi işsizlik səviyyəsi 4,9 faiz təşkil edib.

Bu günə olan məlumata görə, respublikada rəsmi işsizliyin səviyyəsi 2,8 faiz təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azdır.

Nərgiz Əzizova
Xəbəri paylaş