Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb

Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Niger Respublikasının Niamey inzibati ərazi vahidində, Rusiya Federasiyasının Saxalin vilayətində, Amerika Birləşmiş Ştatlarının Montana, Corciya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Newscenter.az AQTA-ya istinadən bildirir ki, bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Sona
Xəbəri paylaş