Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mentorlar qrupu üçün təlim keçirilib

Mentorlar qrupu üçün təlim keçirilib


Riyaziyyat fənni üzrə yaradılan mentorlar qrupu təlimə cəlb olunub.

Newscenter.az xəbər verir ki, təlimdə müasir riyaziyyat dərsinin strukturu, riyazi səriştələrin formalaşmasında 3K modelinin tətbiqi, real situasiyalı riyaziyyat tapşırıqlarının hazırlanma metodikası və yoxlanılma üsulları haqqında geniş məlumat verilib.

İlk təlim riyaziyyat dərsliklərinin müəllifi və riyaziyyat fənn kurikulumu üzrə mütəxəssis Nayma Qəhrəmanova tərəfindən keçirilib.

İnteraktiv təlimdə mentorlara müxtəlif istiqamətli praktiki tapşırıqlar verilib.

Təlimdə qarşılıqlı fikir mübadiləsi aparılıb, mentorları maraqlandıran suallara aydınlıq gətirilib.

Mentorlar üçün təlimin davamlı olacağı nəzərdə tutulur.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Məktəb-Lisey Kompleksinin birgə təşkilatçılığı ilə Riyaziyyat Fənn Müəllimlərinin Assosiasiyası və mentorlar qrupu yaradılıb. Assosiasiyanın və mentorlar qrupunun yaradılmasında əsas məqsəd müəllimlərin müasir riyazi-metodiki səriştələrinin təkmilləşdirilməsi, sürətli təcrübə mübadiləsi və şagirdlərdə təfəkkürü stimullaşdıran texnikaları tətbiq etməklə riyaziyyat fənninin tədrisi keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Assosiasiyanın tərkibinə paytaxtdakı ümumi təhsil müəssisələrinin peşəkar müəllimlərindən 320, mentorlar qrupuna isə 30 nəfər daxildir.

R.Mehdiyeva
Xəbəri paylaş