Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə daha 70 avtomobil verib.
Newscenter.az xəbər verir ki, avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.
Tədbirdə həssas əhali qruplarından olan şəxslərlə bağlı davamlı olaraq mühüm sosial proqramlar icra olunduğu bildirilib.
Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə təqdim edilən 70 avtomobil də daxil olmaqla postmüharibə dövründə 500-dək, ümumilikdə ötən dövrdə 7600-dən çox avtomobil imtiyazlı kateqoriyadan olan şəxslərə verilib.
Xatırladaq ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən il 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.
Nərgiz Əzizova