İsmayıllı-Lahıc yolunda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, ki, sözügedən yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib. Bu istiqamətdə işlər favam etdirilir.
Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda gecə və gündüz saatlarında hərəkətin fasizləsizliyi və təhlükəsizliyini təmin etmək istiqamətində işlər davam etdirilib. Magistral yolun qardan təmizlənməsi, buz bağlamış hissələrinə qum-duz qarışığının səpilməsi işləri aparılıb. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.
Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.
Sona