Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Nizami rayon sakinlərinin problemləri ilə maraqlanıb-FOTOLAR

Deputat Nizami rayon sakinlərinin problemləri ilə maraqlanıb-FOTOLAR


Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.

Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, ev tikmək üçün müvafiq icazələrin alınması ilə bağlı vətəndaşın yaşadığı çətinlik, işlə təmin olunma, ünvanlı sosial yardımın alınması və s. bu kimi məsələlər başlıca yer almışdır.

Millət vəkilinin qərargahından Newscenter.az-a verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.





Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş