Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal və innovativ texnologiyaların tətbiqində nailiyyətlər artır

Rəqəmsal və innovativ texnologiyaların tətbiqində nailiyyətlər artır



2023-cü ildə qatarların hərəkət təhlükəsizliyinin gücləndirilməsi və qurğuların işinin etibarlılığının yüksəldilməsində mühüm yeniliklər tətbiq edilib. “Xocəsən” stansiyası və ən əsası, elektrik deposunun istismara verilməsi məhz bu xidmətin işinin artmasına və şaxələnməsinə gətirib çıxarıb. 2023-cü ildə “Xocəsən” elektrik deposunun yol sektorlarında, həmçinin, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiya yollarının girişlərində SAT sistemi tətbiq etməklə ən yeni sistemlərin tətbiqi ilə yanaşı, elektronlaşdırılıb. Bu xüsusda xəttin stansiyalarının sxematik planları, həmçinin “Avtovağzal” və “8 Noyabr” stansiyalarının marşrutlarının və yoldəyişdiricilərin qarşılıqlı asılılıq cədvəlləri elektronlaşdırılıb. Texniki təchizat avadanlıqları pasportlaşmasında müvafiq dəyişikliklər aparılıb.

Newscenter.az xəbər verir ki, yeniliklər sürət hədləri ilə bağlı tədbirlərə baxışı dəyişir. Xəttin zəruri sahələrində sürəti tənzimləmə və sürət həddinə nəzarət qurğuları quraşdırılıb, hərəkətin təşkilinin yeni tələblərinə uyğun sürətin avtomatik tənzimlənməsinin prinsipial sxemində dəyişikliklər edilib. “Xocəsən” elektrik deposunda vaqonların təmiri sexində işlərə başlanması səbəbilə 8 səsyayım avadanlığı quraşdırılmaqla müvafiq xəbərdarlıq sistemləri ilə təchiz olunub.

Mühüm təşkilati vəzifələr sırasında SCADA proqram təminatının yeni versiyasının tətbiq edilib. Eyni zamanda xəttin yarımstansiyalarının SCADA sisteminə qoşulması məqsədilə şəbəkə dəstəyi verilib. Ən vacibi, “Elmlər Akademiyası” stansiyasının inzibati binasında xəttin mərkəzləşdirilmiş dispetçer məntəqəsinin işləri təkmilləşdirilməklə yenidən qurulmağa hazır vəziyyətə gətirilib. "Avtovağzal" stansiyasında yerləşən mərkəz buraya köçürülüb. Ümumiyyətlə, burada ən müasir rəqəmsal sistemlərlə təchiz edilmiş yeni vahid dispetçer mərkəzinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Göründüyü kimi, “Xocəsən” elektrik deposunun istifadəyə verilməsi ilə Bənövşəyi xətdə əsaslı funksional fəaliyyət də artıb.

2023-cü ildə mühüm yeniliklər digər xətlərdə də həyata keçirilib. Bu sırada stansiyalarda mərkəzləşmə məntəqələrinin rəqəmsallaşdırılması baxımından mühüm yeniliyin təməli qoyulub. Müvafiq avadanlıqların quraşdırılması ilə “Əhmədli” stansiyasında uğurlu test sınaqları aparılıb. Bununla stansiyaların idarə edilməsinin avtomatlaşdırılması həyata keçiriləcək. Metropoliten daha bir yeniliyin astanasındadır. Yoldəyişdiricilərin yeni diaqnostika cihazı əsasında araşdırılmalar yekunlaşmaqla hazırlıq tətbiqlərinə başlanılıb. "Memar Əcəmi" və “Elmlər Akademiyası” stansiyalarında dəyişikliklərlə əlaqədar müvafiq sistemlərə düzəliş edilməklə yanaşı, mərkəzləşmə məntəqəsində yeni tipli panel quraşdırılıb və effektivliyi müəyyən edildiyindən bu işlər davam etdiriləcək. 6 stansiyada müasir tipli yeni tunelə keçid nəzarət qurğusunun tətbiqi avtomatlaşdırmaya keçidin daha bir nümunəsidir.

Yeni sistemlərin tətbiqi ilə yanaşı, təhlükəsizliyinin və etibarlı proqram təminatının qurulması vacibdir. İnnovasiyalar və təkmilləşdirmə qrupu formalaşdırılıb və təhlükəsizlik proseslərinin uzlaşdırılması, serverlərdə optimallaşdrıma tədbirləri görülüb. Həmçinin ehtiyatda olan FEP tətbiqlərinin sistemdə əks olunması təmin edilib.
2023-cü ildə Qırmızı xəttin avadanlıqlarının pasportlaşması müvafiq dəyişikliklər əsasında aparılıb. Qırmızı və Yaşıl xətlərdə 47 svetoforda közərmə lampalarının əvəzinə müasir işıqdiodlu başlıqlar quraşdırılması başa çatdırılmaqla, sxemlərdə, 2 svetoforun elektromexaniki avtostopunun elektrik intiqalında müvafiq dəyişikliklər yerinə yetirilib və bunlar hərəkətin təhlükəsizliyində daha bir yenilikdir. Tunellərdə hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən drossel-transformatorların yeni nəsil avadanlıqlarla əvəzlənməsi də davam etdirilib. 2023-cü il ərzində 38 müasir tipli, daha güclü yeni drossel-transformatorlarla əvəz edilib, daha 11 rels dövrəsində drossel-transformatorlar yenidən yığılıb. Bunlar qatarların dartı gücünü təmin edən elektrik enerjisinin daha müasir qaydada ötürülməsinə xidmət edir. “Nizami-28 May” mənzil yolunda svetoforun marşrut göstəricisinin yerinin dəyişdirilməsi hərəkətin təşkilində daha münasib yanaşmanı təmin edib.

Sərnişinə xidmət sahəsinin mühüm işləri sırasında "Gənclik", " Nərimanov", "Ulduz", “Dərnəgül”, "Memar Əcəmi", “20 Yanvar” stansiyalarının istiqamət göstəricilərinin normativ müddətləri çatdığından idarəetmə sxemlərində dəyişikliklər edilib. Yenidən qurulan “Cəfər Cabbarlı-Xətai” mənzilində isə bir yolda magistral xəttin sxemi elektronlaşdırılıb.

Qatarların qəfil əyləcləməsi ilə bağlı tədbirlər effektivliyini artırır. Qırmızı və Yaşıl xətt rels dövrələrində “tezliyin olmaması” adlandırılan hallarının qarşısının alınması məqsədilə müvafiq qurğuların prinsipial sxemlərində dəyişikliklər aparılaraq elektronlaşdırılıb. “Neftçilər” stansiyasının dəvətedici işarələrin prinsipial sxemlərində də dəyişikliklər edilməklə tam elektronlaşdırılıb. Metropoliten üçün idarəetmə sistemlərində mühüm rol oynayan rabitə sistemlərinin müasirləşdirilməsinin və təhlükəsizliyinin artırılmasının xüsusi əhəmiyyəti var. 2023-cü ildə “28 May” stansiyasında selektor rabitəsinə yeni "Kaskad-14(Р)" tipli kommutator tətbiq edilib. Bundan savayı, stansiya və yol mənzillərində 98 rabitə qurğusu müasir tipli analoqları ilə əvəzlənib. Bundan savayı, bir sıra stansiyaların müxtəlif sahələrində də müasir rabitə aparatları quraşdırılıb.

İlk baxışda, xətlərdə hərəkətin təşkili, sadəcə, qrafiklərin dövri yenilikləri ilə aparılır. Lakin əslində bunun üçün kifayət qədər lokal texniki tədbirlər görülür. Mahiyyəti açıq görünməsə də, bəzi məqamları sadalayaq:
• 4500 rele və 600 SAT aparatı, 1375 qoruyucu, 125 köhnəlmiş cemper atqısı, yol davamiyyətli stansiyalarda rele sisteminin 52 xüsusi tipli akkumulyatoru dəyişdirilib.
• "Cəfər Cabbarlı" ilə yanaşı, “Dərnəgül” stansiyasının montaj sxemlərində dəyişikliklər aparılıb.
• Qırmızı və Yaşıl xətlərin stansiyalarında, “Nərimanov” elektrik deposunda yeni qida lövhələri quraşdırılıb, ehtiyat 24 V sabit cərəyan gərginlik xəttinin qoşulması üçün qəza relesi əsasında sxem hazırlanıb.
• Xətlərdə svetoforlar və onların rele dövrəsində bütün parametrlər növbədənkənar yoxlanılıb.
• “Həzi Aslanov” və “Neftçilər” stansiyaları, habelə, "Nərimanov" elektrik deposunda ətalətli və ya tərpənməz avtostoplar dəyişdirilib.
• Elektrik yarımstansiyalarının da vahid dispetçer elektron saat sisteminin yenilənməsi prosesi davam etdirilir. “Nərimanov”, “Koroğlu”, “Qara Qarayev”, "Neftçilər", "Nərimanov" elektrik deposundakı yarımstansiyalarda bu işlər yekunlaşdırılıb.
• Kabel təsərrüfatı ilə bağlı stansiya və yol mənzillərində 277 korroziyaya uğramış kabel metal konstruksiya, 766 kabel bərkidici elementləri dəyişdirilib, 44 min 441 metr uzunluğunda yeni kabel xətləri çəkilib.

Sona
Xəbəri paylaş