Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yasamal rayonunda bu ünvana 2 gündür qaz verilmir

Yasamal rayonunda bu ünvana 2 gündür qaz verilmir


Son günlər paytaxtın müxtəlif rayonlarının qaz təchizatında problemlər yaranıb. Ən ciddi problem Bakının Yasamal rayonu ərazisində müşahidə edilir. Bakının Yeni Yasamal M.Xiyabani küçəsi də bir neçə gündür ki, qaz təchizatında problem yaşanan ərazilərdəndir.

Bu barədə məlumatı Newscenter.az-a sözügedən ünvanda yaşayan sakinlər verib. Bildirilib ki, yanvarin 25-i səhər saatlarindan etibarən Yeni Yasamal rayonu, M.Xiyabani küçəsinə təbii qazın verilməsi dayandırılıb. Lakin müvafiq qurumlar təbii qaz təminatında hansı səbəbdən problem yaşandığına aydınlıq gətirməyiblər.

"Azəriqaz" İstehsalat Birliyindən isə qeyd edilib ki, Yasamal rayonu ərazisindəki yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olunduğu səbəbindən aparılan təmir-bərpa işlərindən dolayı rayonun bir sıra ərazilərinin qaz təminatında fasilələr yaranıb.

Anar
Xəbəri paylaş