"Bütün hallarda işıq gələn tərəfə getmək lazımdır. Bütün xalqlar tarix boyu bu cür seçimlər qarşısında qalıb və millət olmağı bacaranlar yalnız işıqlı yol seçənlərdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri tanınmış iş xanımı Ruhiyyə Əliyeva özünün facebook sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, bizim də daim işıq gələn tərəfə addımlamağımız lazımdır:
"Çünki qaranlıqda hürən iti bir tikə ətlə aldadıb ora-bura çəkmək olar. İşıqlı yolu seçənlər isə nicata çatarlar".
Ruhiyyə Əliyeva, "Əgər xatırlayırsınızsa "Cırtdan"ın nağılında Cırtdan it hürən tərəfə deyil, işıq gələn tərəfə gemiş və orda da təpəgözlə rastlaşmışdı. Məncə bu işıqlı yolda hətta təpəgözə rast gəlsə belə, Cırtdan düz etmişdi",-deyə bildirib.
NEWSCENTER.AZ