Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dili fənni üzrə monitorinqin nəticələri açıqlanıb

Azərbaycan dili fənni üzrə monitorinqin nəticələri açıqlanıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin nəticələri bəlli olub.

Newscenter.az xəbər verir ki, monitorinqlərdə ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin 35 faizi, yəni 169 157-si iştirak edib. Şagirdlərin nəticələri bal və məzmun istiqamətində təhlil olunaraq ümumi təhsil müəssisələrinə göndərilib.

Monitorinq zamanı şagirdlərin dinləyib-anlama (5 tapşırıq), oxuyub-anlama (10 tapşırıq) və yazı (1 tapşırıq) bacarıqları ölçülüb və hər üç məzmunun nəticələri müəyyən olunub.

Qeyd edək ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.

Azərbaycan dili fənni üzrə növbəti monitorinq fevralın 21-də 4, 6, 7 və 8-ci siniflərdə keçiriləcək.

R.Mehdiyeva
Xəbəri paylaş