Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada “Orator” səyyar natiqlik dərnəyi təşkil edilib

Qubada “Orator” səyyar natiqlik dərnəyi  təşkil edilib


Şagirdlər arasında özünü düzgün ifadə edə bilmək, auditoriya qarşısında nitq söyləmək, müxtəlif mövzularda tədqiqat aparmaq və təqdimat edə bilmək bacarıqlarının inkişafı məqsədi ilə Quba məktəbliləri arasında təşkil olunan layihə çərçivəsində təlimlər başa çatıb.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən “Orator” səyyar natiqlik dərnəyi” layihəsi çərçivəsində Quba rayonunun Talabıqışlaq, Qımılqışlaq, Hacıqayıb, Digah, Çartəpə, Alekseyevka kənd, Qaraçay, Zərdabi, Bağbanlı qəsəbə və Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəblərində təşkil olunan təlimlərdə ümumilikdə Quba rayonunun 20 ümumtəhsil məktəbinin 7-9-cu siniflərində təhsil alan 168 nəfər şagird iştirak edib.

Layihəyə cəlb edilən şagrdlərə “İctimai natiqlik”, “Təqdimat bacarıqları”, “Debat və onun prinsipləri”, “Bədən dili və kütlə qarşısında çıxış” mövzularında təlimlər keçirilib.
Hər bir təlimin yekununda iştirakçılar sertifikatlarla təltif olunublar.

Layihə çərçivəsində təlimlərdən keçən şagirdlərin iştirakı ilə “Sosial şəbəkələr şagirdlərin təhsilinin inkişafına müsbət təsir göstərir” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunacaqdır.

Müsabiqənin yekununda münsiflər heyyətinin qərarı ilə ən uğurlu təqdimat müəllifləri diplom, medal, kubok və kitab hədiyyələri ilə təltif olunacaqdır.

Layihə 2024-cü ilin 15 aprel tarixinə qədər davam edəcəkdir.
Xəbəri paylaş