Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc təhsil idarəçiləri ilə görüş keçirilib

Gənc təhsil idarəçiləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə gənc direktor və direktor müavinləri ilə görüş keçirilib. Newscenter.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil....

2024-cü ilin ilk investisiya təşviqi sənədləri sahibkarlara təqdim edilib

2024-cü ilin ilk investisiya təşviqi sənədləri sahibkarlara təqdim edilib

“Bakı KOB evi”ndə 3 sahibkara investisiya təşviqi sənədləri təqdim edilib. İnvestisiya təşviqi sənədi almış layihələr qida məhsullarının istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək. Belə ki, investisiya təşviqi sənədləri “VVE GROVV” MMC-nin “Meyvə şirəsinin....

Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb

Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə....

Gənclər arasında yüksək seçki fəallığı var

Gənclər arasında yüksək seçki fəallığı var

“Fevralın 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində gənclər xüsusi fəallıqları ilə seçiləcəklər. Seçkinin bütün mərhələlərində apardığımız müşahidələr belə deməyə əsas verir”. Bu fikirləri Newscenter.az-a ictimai fəal Elvin Babayev səsləndirib. Onun sözlərinə görə, Azərbaycan....

Sərhəddə Çex təxribatı: Məqsəd nədir?

Sərhəddə Çex təxribatı: Məqsəd nədir?

"Çex vətəndaşının Ermənistandan necə Azərbaycan tərəfə keçməsi faktı onu göstərir ki, erməni tərəfi bununla bir Avropa İttifaqı üzvü olan ölkənin vətəndaşının saxlanılacağını yaxşı bilib. Bu da hesab edirəm ki, məqsədli şəkildə Azərbaycanla Avropa İttifaqı arasında gərginlik yaratmaq üçün....

Böyrək transplantasiyası pulsuz ediləcək

Böyrək transplantasiyası pulsuz ediləcək

Qırğızıstanda böyrək transplantasiyası əməliyyatı pulsuz həyata keçiriləcək. Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bununla bağlı prezident Sadır Japarov xüsusi tapşırıq verib. Dövlət başçısı bunun yalnız ehtiyaclı insanlar üçün keçərli olacağını bildirib. Səhiyyə....

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib

Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib. Newscenter.az-ın məlumatına görə, "Report"un Qarabağ bürosu xəbər verir ki, o, əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Məmmədova ilkin tibbi yardım....

Özbəkistanın populyar 102.0 FM «Avtoradio» radio kanalında müasir Azərbaycan musiqilərinin yayımlanması layihəsinə başlanılıb

Özbəkistanın populyar 102.0 FM «Avtoradio» radio kanalında müasir Azərbaycan musiqilərinin yayımlanması layihəsinə başlanılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbək mətbuatı, televiziya və radio kanalları ilə sıx əməkdaşlıq yaratmış və hazırda milli mədəniyyətimiz, musiqimizin təbliği ilə bağlı birgə layihələr işlənilir. Newscenter.az xəbər verir ki, bununla əlaqədar, media şirkətləri ilə....

Nazirlik: “Bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb”

Nazirlik: “Bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb”

Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Bu barədə Newscenter.az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dövlət başçısının imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında”....

“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzi: "İlham Əliyevə rəqib görmürük və onun namizədliyini dəstəkləyirik"

“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzi: "İlham Əliyevə rəqib görmürük və onun namizədliyini dəstəkləyirik"

“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzinin növbəti toplantısı keçirilib. Newscenter.az-a Mərkəzdən daxil olan xəbərdə bildirilib ki, toplantıda növbədənkənar prezident seçkilərilə bağlı məsələ müzakirə olunub. Seçki ilə bağlı bəyanat qəbul edən Mərkəz, bütün üzvlərinin səsvermədə aktiv iştirakının....

Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək. Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Dövlət Statistika....

Elektron siqaretlər qadağan ediləcək

Elektron siqaretlər qadağan ediləcək

Qırğızıstanda elektron siqaretlərə tam qadağa qoyula bilər. Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bununla bağlı məsələ Qırğızıstan parlamentində müzakirə ediləcək. Sözügedən təklifi deputat Şairbek Taşiyev irəli sürüb və bununla bağlı qanun layihəsi hazırlayıb.....

Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb. Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata əsasən, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı....

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır. Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində....

Qazaxıstanda fundamental islahatlar başlayacaq -TOKAYEV

Qazaxıstanda fundamental islahatlar başlayacaq

“Tezliklə Qazaxıstanda mühüm fundamental islahatlar başlayacaq. Bu da bizim iqtisadiyyatımızı daha açıq, sabit və dinamik edəcək". Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu fikirləri Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev səsləndirib. Dövlət başçısı bildirib....

Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi

Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi

“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”. Newscenter.az xəbər verir ki, bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, xalq artisti Fəxrəddin Manafov deyib. İşğaldan azad olunmuş ərazilərdə böyük....

Nikol Paşinyan özünü və dövləti idarə edə bilməyən ölkə rəhbəridir

Nikol Paşinyan özünü və dövləti idarə edə bilməyən ölkə rəhbəridir

“Nikol Paşinyan özünü və dövləti idarə edə bilməyən bir ölkə rəhbəridir. Paşinyan hər kənddə, hər şəhərdə fərqli-fərqli mövqelər ortaya qoyur. Xarici ölkədə hansısa beynəlxalq tədbirdə bir fikir bildirir, Ermənistana qayıdanda, daxildə isə həmin fikrin tamamilə əksini söyləyir”. Bu fikirləri....

"Sülh nizamlanmasının bu il həll olunacağına ümidli deyiləm" -EKSPERT RƏYİ

"Sülh nizamlanmasının bu il həll olunacağına ümidli deyiləm"

"Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının sayca 6-cı görüşü müsbət hal kimi qiymətləndirilməlidir. Danışıqlar, müzakirə imkanlarının açıq olması həmişə faydalıdır. Ancaq bu ilin “sülh ili” olacağına ümidli deyiləm". Bu fikirləri Newscenter.az-a UNEC-in Türk Dünyası....

Bir sıra ölkələrin MSK rəhbərləri prezident seçkiləri ilə əlaqədar Azərbaycana gəlib

Bir sıra ölkələrin MSK rəhbərləri prezident seçkiləri ilə əlaqədar Azərbaycana gəlib

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib. Newscenter.az-ın xəbərinə görə, onlar arasında MDB-nin Baş katibi Serqey Lebedev və MDB katibliyinin rəhbəri....