Türkiyə əhalisinin 49,9 faizini qadınlar təşkil edir.
Newscenter.az Türkyə Statistika Təşkilatına istinadən bildirir ki, 31 dekabr 2023-cü il tarixinə olan məlumata görə, ümumi əhali sayında qadınların sayı 42 milyon 638 min 306 nəfər təşkil edir. Kişilər isə 42 milyon 734 min 71 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 49,9 faizini qadınlar, 50,1 faizini isə kişilər təşkil edib.
Qadınlar daha uzun ömür sürdükləri üçün qadınlar və kişilər arasında proporsional tarazlıq 60 və yuxarı yaş qrupundan olan qadınların xeyrinə dəyişib. 60-74 yaş qrupunda qadın əhalinin nisbəti 52,1 faiz olduğu halda, 90 və yuxarı yaş qrupunda bu göstərici 70,2 faiz təşkil edib.
Mehman Mehdiyev