Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMİU-da bayram tədbiri keçirilib

AzMİU-da bayram tədbiri keçirilib



Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində Novruzun sonuncu çərşənbəsi İlaxır çərşənbə münasibətilə bayram şənliyi təşkil edilib.

Newscenter.az xəbər verir ki, böyük coşqu ilə keçirilən bayram şənliyi universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə gerçəkləşib.

Rektor professor Gülçöhrə Məmmədova çıxış edərək universitetin professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, 30 ildən çox həsrət qaldığımız və öz azadlığına qovuşan Xankəndində ölkə başçısı tərəfindən alovlandırılan tonqal Novruzu bütün mahiyyəti ilə xalqımıza yaşatdı: “Xalqımızın illərdən bəri qoruyub saxladığı bu adət-ənənə indi daha mütəşəkkil və daha qürurlu qeyd edilir. Bizim gücümüzü, qüvvətimizi bütün dünyaya sübut edir. Arzu edirəm xalqımızın qədim bayramlarından sayılan Novruz bayramı hər bir azərbaycan vətəndaşına uğur, xoşbəxtlik, bol ruzi gətirsin”.

Təbrik nitqindən sonra AzMİU-nun həyətində qurulan böyük bayram tonqalı alovlandırılıb. Tonqal ətrafına toplaşan universitet rəhbərliyi, müəllimlər, əməkdaşlar və tələbələr İlaxır çərşənbə münasibətilə bir-birlərini təbrik edib, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıblar.

AzMİU kollektivi yumurta döyüşdürüb, tonqal ətrafında rəqs edib, yallı gedib, xatirə şəkilləri çəkdiriblər.

Tələbələrimiz Nərmin Cəfərova, Səbuhi Qasımov, Vüqar Süleymanlının ifasında “Novruz gəlir, yaz gəlir”, “Xonçalara şam düzün”, “Şən Azərbaycan”, saz ifaçısı Kənan Sarızadənin ifasında "Zirvələrdə uçan qartal" mahnıları ifa olunub, Aliko Ritm qrupu-Davul Şou, Aylin Bayramovanın təqdimatında isə milli rəqslərimiz nümayiş etdirilib.

Nərgiz Əzizova
Xəbəri paylaş