Qazaxıstan və Özbəkistan iki ölkəyə sərf olunan suyun dəqiq miqdarını hesablamağa imkan verəcək suölçən cihazların quraşdırılmasına dair razılığa gəliblər,
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Qazaxıstan Özbəkistan ərazisində su sayğacı quraşdırarsa, Özbəkistan da anoloji addımı atacaq.
Tərəflər həmçinin onlayn rejimdə məlumat mübadiləsi aparacaqlar. Hazırda iki ölkənin mütəxəssisləri suölçən qurğuların quraşdırılacağı yerləri razılaşdırırlar. Eyni zamanda layihəyə beynəlxalq təşkilatların cəlb olunması üçün danışıqlar aparılır.
Qazaxıstanlı nazir deyib ki, aprel ayında bu cür layihələrin həyata keçirilməsi ilə bağlı digər qonşu dövlətlərlə danışıqlara başlanılacaq.
Mehman Mehdiyev