Bu ilin əvvəlindən axtarışda olan 630-dan çox cinayətkar həbs edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb. Axtarışda olan şəxslərdən 17-si qətl törədib.
Məlumatda bildirilib ki, cinayətkarların əksəriyyəti Türkiyə, İspaniya, ABŞ, İsveç, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və qonşu ölkələrdə aşkar edilib. Cinayətkarlar "İnterpol"un köməkliyi ilə saxlanılıblar.
Eyni zamanda göstərilən müddət ərzində Qazaxıstan polisi ölkə ərazisində gizlənən 150 cinayətkarı yaxalayıb.
Mehman Mehdiyev