Demokratiyadan danışan Almaniyada daha bir antidemokratik hal yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail məhsullarını boykot etməyə çağıran aparıcı Almaniyada işdən çıxarılıb.
Belə ki, aparıcı Helen Fares sosial media hesabında İsrail məhsullarını boykot etmək üçün istehsal edilən proqramdan istifadə etdiyi üçün işdən çıxarılıb.
İşindən qovulan Helen Fares İnstaqram hesabından verdiyi açıqlamada "Alman mediası Fələstin üçün danışan bütün səsləri susdurmağa çalışır. Bu səbəbdən daha çox və daha yüksək səslə danışmalıyıq",-deyib.
Mehman Mehdiyev