Avstraliyada qəribə hadisə qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, avstriyalı fəal Fələstinə dəstək verdiyi üçün "terrorçuluq ittihamı" ilə mühakimə olunacaq.
Belə ki, Michael Pröbsting İsrailin Qəzzaya davamlı hücumlarına etiraz edən nümayişlərdə etdiyi çıxışa görə "terrorizmi tərifləmək və dəstəkləmək" ittihamı ilə hakim qarşısına çıxacaq.
Qeyd edək ki, oktyabrın 7-dən sonra Avstriyanın bir çox şəhərində İsrail əleyhinə etirazların keçirildiyini və bu nümayişlərə spiker olaraq dəvət edildiyini bildirən Pröbsting, yanvar ayında polisdən bildiriş aldığını, daha sonra polis bölməsinə getdiyini bildirib.
Anar Əliyev