Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.
İstehlakçılar su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.
Süleyman