Cari ilin iyun ayında BRİKS ölkələrinin diplomatik departamentləri rəhbərlərinin Rusiya Federasiyasında görüşü baş tutacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər nazir Sergey Lavrov Çinə səfəri zamanı keçirdiyi görüşdə bildirib.
Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib ki, Nijni Novqorod şəhərində keçirilməsi nəzərdə tutulan görüşdə BRİKS ölkələrinin qarşıdakı müddət ərzindəki fəaliyyəti, bundan sonra atılacaq addımlar və. s barədə müzakirələr aparılacaq.
Lavrov onu da bildirib ki, BRİKS ölkələrinin diplomatik departamentləri rəhbərlərinin görüşündə Çinin xarici işlər naziri Van Yi də iştirakını təsdiqləyib.
Anar Əliyev