Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin-Rusiya əməkdaşlığı heç bir üçüncü tərəfə qarşı yönəlməyib: Lavrov

Çin-Rusiya əməkdaşlığı heç bir üçüncü tərəfə qarşı yönəlməyib: Lavrov


"Rusiya-Çin hərtərəfli tərəfdaşlığı və strateji qarşılıqlı əlaqələr heç bir mübaliğəyə yol vermədən görünməmiş səviyyəyə çatıb. Vladimir Putinin yenidən prezident seçilməsi ilə onların hərtərəfli möhkəmləndirilməsi xəttinin davamlılığına əlavə zəmanətlər aldı”.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfəri zamanı keçirdiyi görüşlərdə səsləndirib. O bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq hörmətli, bərabərhüquqlu, etimadlı dialoq, ölkələrimizin fundamental maraqlarına toxunan məsələlərdə qarşılıqlı dəstək prinsipləri üzərində qurulub:

"Əməkdaşlıq isə, liderlərimizin dəfələrlə bəyan etdiyi kimi, iki ölkənin hərbi-siyasi ittifaqlarını üstələyir. Soyuq müharibədir və bizim bu əməkdaşlığımız heç bir üçüncü tərəfə qarşı yönəlməyib”, - deyə nazir qeyd edib.

Lavrovun sözlərinə görə, dövrümüzün əsas problemlərinin həllinə Rusiya Federasiyası və ÇXR-in yanaşmalarının yaxınlığı və ya üst-üstə düşməsi dünya miqyasında strateji koordinasiyanın gücləndirilməsi üçün zəmin yaradır:

“Beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyət bizə həm daxildə, həm də xaricdə ümumi problemləri səmərəli şəkildə həll etməyə imkan verir”.

Mehman Mehdiyev
Xəbəri paylaş