Aprelin 12-də Belarusun paytaxtı Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Newscenter.az RİA-Novostiyə istinadən bildirir ki, 9 ölkə görüşdə iştirak edəcəklərini təsdiqləyib. Ukrayna və Moldova isə Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəklər.
İclas iştirakçıları beynəlxalq və regional prizmada baş verən aktual məsələlər müzakirə ediləcək. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” vahid xatirə medalının təsdiq edilməsi məsələsi də iclasda müzakirə olunacaq mühüm mövzulardan biri olacaq.
İclasa MDB üzvü olan dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiya layihəsi təqdim olunacaq. Bundan əlavə, iclasda xarici işlər nazirləri 2025 və 2026-cı illərdə MDB ölkələrinin hansı şəhərlərinin Birliyin İdman Paytaxtı statusunu alacağını müəyyənləşdirəcəklər.
Anar Əliyev