Çin və Rusiya Federasiyası münasibətlərin yeni modelini müdafiə edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çinin xarici işlər naziri Van Yi səsləndirib. Çin xarici siyasət idarəsinin rəhbəri həmçinin, onu da deyib ki, Pekin və Moskva mümkün qarşıdurmadan qaçacaqlar.
Qeyd edək ki, Çin xarici siyasət idarəsinin rəhbəri bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ölkəyə səfəri zamanı keçirilən görüşlərdə səsləndirib.
Anar Əliyev