Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vandalizmə görə cəza gücləndiriləcək

Vandalizmə görə cəza gücləndiriləcək


Qazaxıstanda vandalizm hallarına görə cəza gücləndiriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan parlamentində deputatlar bununla bağlı daha sərt məsuliyyət normaları hazırlayıblar.

Yeni qanuna əsasən, Cinayət Məcəlləsinin 203-cü maddəsinə “Xüsusi dəyər daşıyan əşyaların qəsdən məhv edilməsi, götürülməsi və ya zədələnməsi” xüsusi müddəaları əlavə olunacaq vəə vandalizm üçün cəza artırılacaq.

Bura 369 200 - 738 400 tenge məbləğində cərimə, 160 saata qədər ictimai işlər, 50 günə qədər həbs daxildir.

Fuad Hüseynzadə
Xəbəri paylaş