Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada yanacaq anbarı yanır

Rusiyada yanacaq anbarı yanır


Rusiyada yanacaq-sürtkü materialları anbarında yanğın baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Novosibirskdə qeydə alınıb.

Belə ki, Novosibirsk şəhərinin Kirovski rayonunda yanacaq-sürtkü materiallarının saxlandığı anbarda hələlik məlum olmayan səbəblərdən yanğın baş verib. Yanğın geniş bir ərazini əhatə etdiyindən Rusiya Fövqəladə Hallar Nazirliyinin çoxlu sayda yanğınsöndürən briqadası hadisə yerinə cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın anbarın birinci mərtəbəsində, yanacaq-sürtkü materialları olan qabların saxlanıldığı ərazidən başlayıb.

Ətrafda yaşayış binaları olduğundan yanğına yaxın ərazilərdən əhali təxliyə edilib.

Anar Əliyev
Xəbəri paylaş