Xarici ölkələrdən gətirilən 60 ton pomidorda virus aşkar edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsi məlumat verib.
Komitədən verilən məlumata görə, bu il xarici ölkələrdən 1075 avtomobilə yüklənmiş 15 milyon 637 min 802 ton pomidor məhsulu gətirilib. Onların arasında fitosanitar tələblərə cavab verməyən 29 min 522 ton pomidor məhsulu geri qaytarılıb.
Bildirilib ki, Türkmənistandan gətirilən 56,1 ton, Özbəkistandan gətirilən isə 4,2 ton pomidor məhsulunda “Pomidor meyvəsinin qəhvəyi qat virusu” aşkar edilib.
Nərgiz Əzizova