Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada təyyarələr təcili eniş etdi

Yaponiyada təyyarələr təcili eniş etdi


Yaponiyada bir-birinin ardınca iki təyyarə qəza enişi edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə məlumatı Yaponiya Hava Özünümüdafiə Qüvvələri yayıb. Bildirilib ki, sözügedən quruma məxsus beşinci nəsil iki F-35A qırıcı təyyarəsi Aomori prefekturasının hava limanına təcili eniş edib.

Təcili eniş təyyarənin elektronikasında yaranan problemlər səbəbindən baş verib. Hələlik qəza enişi zamanı hansısa zərərin olub-olmadığı barədə məlumat verilmir. Hadisə ilə əlaqədar hava limanının uçuş-enmə zolağı bağlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Fuad Hüseynzadə
Xəbəri paylaş