Qazaxıstanda meşə yanğınları 2 min hektara yaxın meşə ərazisini külə döndərib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xilasedicilərin ilkin hesablamalarına görə, yanğın baş verən vaxt təxminən 1650 hektar ərazini əhatə edib. Sonradan isə daha da genişlənərək qonşu Luqov meşə təsərrüfatının ərazisinə keçib.
Yanğının söndürülməsinə 100 meşə təsərrüfatı işçisi, 13 traktor, 2 tanker, 12 avtomobil və bir helikopter səfərbər edilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi İlyas Kapaşev və onun müavini Mənsur Şaikramovun rəhbərliyi ilə 84 nəfər canlı qüvvə və 9 xilasetmə maşını hadisə yerinə gedib.
Anar Əliyev