Ukrayna Silahlı Qüvvələrinin (AFU) Zaporojye vilayətinin Kuybışev bələdiyyə rayonunun Novozlatopol kəndini artilleriyadan atəşə tutması nəticəsində 11 nəfər yaralanıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hücum zamanı həmçinin beş yaşlı uşaq aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib,
Vilayət qubernatoru Yevgeni Balitski hücum faktını təsdiqləyib.
“Mən indicə Kuybışev bələdiyyəsinin Novozlatopol kəndindəki vəziyyətlə bağlı danışdım, Ukrayna Silahlı Qüvvələrinin dünənki artilleriya atəşi nəticəsində 11 nəfər ağır yaralanıb. 5 yaşlı uşaq aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib”, -deyə o, bildirib.
Fuad Hüseynzadə