Türkiyədə çağırış üzərinə xəstə dalınca gedən təcili-tibbi yardım maşını onu xəstəxanaya apararkən qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Aydının Efeler səmtində təcili tibbi yardım maşınının avtomobillə toqquşaraq aşması nəticəsində 84 yaşlı xəstə ölün. Qəza zamanı 4 nəfər isə yaralanıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Qəzada yaralanan təcili yardım sürücüsü T.K., tibb işçiləri A.P. və A.H.Ö və xəstə qohumu E.G. Atatürk Dövlət Xəstəxanasına aparılıb.
Yaralıların təhlükəsinin olmadığı bildirilib.
Mehman Mehdiyev