Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana İrandan plastik su qablarında külli miqdarda heroin keçirməyə cəhd edilib

Azərbaycana İrandan plastik su qablarında külli miqdarda heroin keçirməyə cəhd edilib


İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Bu barədə Newscenter.az Dövlət Gömrük İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: "Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib".

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş